15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0
Azəri blog
Paranorman animasiyasında baş personajın fərqli emosiyaları
Bu barədə yaxın gələcəkdə daha ətraflı məqalə yazmağı və sevdiyim stop motion animasiyalar haqqında fikirlərimi bölüşməyi düşünürəm.
Negative Space
Spoiler vermədən Negative space animasiyası haqqında qısa olaraq onu deyə bilərəm ki, bu qısa metrajlı filmdə balaca və şirin baş qəhrəmanın atası ilə münasibətindən bəhs edilir. Uşaq və valideyn münasibətləri bir çox ölkələrdə aktual mövzuların başında gəlir.
Bu animasiyada da elə məhz bu mövzu ön plandadır. Atası ilə kifayət qədər zaman keçirməyən və yalnız onun səyahət çantalarını yığan qəhrəmanın həyatına şahid oluruq. Hər zaman baxdığım hər bir filmdə və ya animasiyada onun mənə nə öyrətməsinə önəm verirəm. "Negative space" həm emosional, həm də öyrədici olduğu üçün, bu animasiyanın bitiş anında bir neçə dəqiqə əllərinizi başınızın arxasına qoyub tavana baxaraq öz iç dünyanızla baş-başa qalıb filmin sizə hiss etdirdiklərini düşünəcəyinizə əminəm. Animasiyanın bitdiyi “Look at all that wasted space!” cümləsi məni bir neçə gün düşündürdü və beynimdən çıxmadı.
İndidən sizə xoş seyirlər arzulayıram və izlədikdən sonra filmin sizdə oyatdığı fikirləri mənimlə bölüşsəniz, düşüncələrinizi oxumaq mənə də xoş olardı.
“Negative Space” Animasiyası
0 Şərh
Kino və animasiya sevərlərin bəyənəcəyinə ümid etdiyim yeni məqaləm ilə bütün oxuyucuları salamlayıram. Qısa metrajlı və ya uzun metrajlı animasiya filmlərinə sevgimin sonsuzluğunu nəzərə alaraq, bu gün sizlərlə çox sevdiyim qısa metrajlı animasiya olan “Negative Space” haqqında fikirlərimi bölüşəcəyəm. Məqalənin adının neqativlə başladığına baxmayın. Əksinə olaraq çox müsbət enerjili animasiya olması ilə yanaşı, bir çox...Davamı
Qravitasiyadan zövq al
0 Şərh
Yağmurlu, təmiz və sərin havadan hər kəsə salam. Uşaqlıqdan yağışa və yağışdan sonraki torpaq ətrinə aşiq biriyəm və çətirimi götürüb saatlarla yağışın altında gəzdiyim illəri xatırlayıram. Bunu indi də təkrarlayıram və çətirə dəyən yağış səsləri məni dərin düşüncələrə aparır, həm də ruhuma müsbət təsir edir. Termin öyrənməyə həvəsim bu sevgimin adını da tapmağa sövq etmişdi…Davamı
Karantin Playlist
0 Şərh
Hər birinizi salamlayıram. Karantində olduğumuz günlər ərzində sizi, bir az belə olsa, neqativ düşüncələrdən uzaqlaşdırmaq üçün son zamanlar ən çox qulaq asdığım 3 mahnını sizinlə paylaşmaq qərarına gəldim. Sizi bilmirəm, amma bu pandemiya ərzində məni neqativdən xilas edən hobbilərdən biri məhz musiqidir.Davamı
The True Cost
0 Şərh
Uzun zamandır filmlərdən yazmırdım. Yazmaq istədiyim mövzuların uzun siyahısına, redaktə etməm (son toxunuşlar) üçün öz növbəsini gözləyən məqalələri görəndə, niyə yaza bilmədiyimi anladım. Təbii ki, qeyd etdiyim nüanslar bəzi çətinliklər yaratmaqla yanaşı, həm də bütün bu səbəblərdən qaynaqlanan fikir qarışıqları da yazmağıma ciddi şəkildə mane olur. Lakin bütün bu çətinliklərə rəğmən bu gün nəhayət ki…Davamı
Şengen Viza – Çexiya
0 Şərh
Yaxın keçmişdə növbəti dəfə Şengen vizası üçün müraciət edərkən, müəyyən problemlərlə üzləşdik. Kifayət qədər Şengen vizası təcrübəsi olan biri olaraq deyə bilərəm ki, bu qədər maneəylə hələ heç vaxt qarşılaşmamışdım. Elə bu çətinlik məni məqalə yazmağa vadar etdi və düşündüm ki, bu məlumatları sizinlə niyə də paylaşmayım?!Davamı
Everyday Life – Coldplay
0 Şərh
Düz 1 il sonra musiqi başlığı altında məqalə yazmaq üçün səbirsizlənirəm, çünki musiqisevərlər üçün əla bir xəbərim var. Coldplay sevərlər (özüm də başda olmaqla), gözünüz aydın olsun, çünki Coldplay möhtəşəm albomu Everyday Life ilə 2019-cu ilin son aylarında ilə damğasını vurmağı bacardı! Albom haqqında Noyabr ayının 1-i Chris Martin-in Youtube-dan yaradıcı və qeyri-adi yanaşdığı “media”...Davamı
Originals vs Covers
0 Şərh
Keçən postların birində musiqidən, əsas da caz sevgimdən yazmışdım. Bu gün qərara gəldim ki, sevdiyim 5 ən yaxşı cover-lar haqqında yazım. Subyektiv fikrim olaraq deyə bilərəm ki, bu cover-lar həqiqətən orijinallardan daha maraqlı alınıb. Ən azından bu cover-lara qulaq asan zaman gözlərində ürək olan emojilər kimi, mənim də gözlərimdən rəngli fişəng qığılcımları çıxır deyə bilərəm.Davamı
Şərab kimi musiqilər
0 Şərh
Divanda oturub Beyonce-un “Coachella” musiqi festivalındakı çıxışına baxırdım. Konsert bitdi. Televizoru söndürüb, pəncərənin qarşısına getdim. Konsertin ab-u havasına bürünmüş halda və bir gün bu festivala getmək arzumla fikrə getdim. Hava bu gün boz olsa da, çox gözəldir. Quşların insana motivasiya verən cik-cik səsləri, musiqiləri məni məqalə yazmağa, klaviaturanın qarşısına keçməyə sövq elədi. Düşündüm ki, “Niyə…Davamı
Sia – Everyday is Christmas
2 Şərh
Salam, mən gəldim. Bu gün sizinlə artıq 1 həftədir aşiq olduğum Sia-nın yeni albomu olan “Everyday is Christmas” haqqında danışmaq istəyirəm. Albomun adını bir az “Dəli üçün hər gün bayramdır” deyimimizə bənzətmədim desəm yalan olar. 😀 Sia ilə ilk tanışlığım “Dove şokoladı” üçün çəkilmiş reklamda səsləndirdiyi mahnı sayəsində olub.Davamı