15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Originals vs Covers

0 Şərh

Keçən postların birində musiqidən, əsas da caz sevgimdən yazmışdım. Bu gün qərara gəldim ki, sevdiyim 5 ən yaxşı cover-lar haqqında yazım. Subyektiv fikrim olaraq deyə bilərəm ki, bu cover-lar həqiqətən orijinallardan daha maraqlı alınıb. Ən azından bu cover-lara qulaq asan zaman gözlərində ürək olan emojilər kimi, mənim də gözlərimdən rəngli fişəng qığılcımları çıxır deyə bilərəm.

İlk cover fransız ifaçı  Ben I’Oncle Soul-dan, “I’ve got you under my skin”-dir. Orijinalı Frank Sinatra-ya məxsus olsa da, Ben məncə özünəməxsus ifa tərzi ilə mahnıya yeni nəfəs verməyi bacarıb. Frank Sinatra fanatları məni top atəşinə tutmasın. Düşünürəm ki, Frank bütün mahnılarında eyni tərzdə ifa etdiyi üçün insana bəzən sıxıcı gələ bilir. Bu səbəbdən də, paylaşacağım cover məni daha çox cəzb etdi.

İkinci cover isə Arrow Benjamin-dən “Runnin’“-dir. Orijinal ifa Beyonce, Naughty boy və eləcə də Arrow Benjamin-ə məxsus olsa da, Benjaminin solo ifası sanki mənim ruhuma bir pillə daha yaxındır.

P.S. Bu ifa ilə bir ilimi keçirmişəm desəm yerinə düşər.

Üçüncü musiqi bir zamanlar hər kəsin və eləcə də mənim də dilimə maqnit kimi yapışan, xarici görünüşünə baxanda çoxlarının karizmatik müğənni dediyi, lakin oxumağa başladığında çoxlarının və yenə də eləcə də mənim “What the hell” deyib bəs qadın səsidir axı deyə məəttəl qalmış emojiyə çevrildiyimiz amma mahnılarını da sevdiyimiz LP-nin ifasında olan “Lost on you” mahnısıdır. Huh, izah bir az uzun olsa da, bacardım. 😀

Paylaşacağım cover-la bir il öncə Sofar Sounds-dan tanış olmuşam. Düzü bu mahnının LP-nin ifasında olan acoustic versiyası da çox gözəldir və bunu inkar etmirəm! Amma Idyl də ifası ilə mahnıya ayrı bir dad qatmağı bacarıb. Əhsən!

“Say my name, say my name” bu birləşmə sizə nəyi xatırladır? Şəxsən mən bu birləşməni eşidən zaman ilk ağlıma Destiny’s child-ın “Say my name” mahnısı gəlir. Son bir neçə ayda yeni kəşflərimdən biri olan cover-ı sizlərlə də paylaşım. Bu cover-ın ən sevdiyim yönü isə “Say my name”-dən “Cry me a river” mahnısına professional keçişdir.

P.S. İnformasiya üçün, The Neighbourhood-un da bu mahnılardan olan cover-na nəzər sala bilərsiniz. Sizcə hansı daha uğurlu alınıb?

Sonuncu cover isə Evrencan Gündüz-dən olacaq. Bu insanın səsi, musiqini ifa edərkən, ekranın digər tərəfindən insanlara hiss etdirməyi bacarması… Sadəcə möhtəşəm. Ən sevdiyim cover-ı isə budur.

Bu məqalədə sizinlə ən sevdiyim cover ifalarından 5-ni paylaşdım. Bütün musiqi sevərlərə bir arzum var: Gözəl musiqilər həyatınızdan heç bir zaman əskik olmasın!

Əvvəlki Post
“Dome Fuji” də hiss edəcəyiniz 3 film tövsiyyəsi
Sonrakı Post
Blue Hole, Dahab
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin