15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0
Paranorman animasiyasında baş personajın fərqli emosiyaları
Bu barədə yaxın gələcəkdə daha ətraflı məqalə yazmağı və sevdiyim stop motion animasiyalar haqqında fikirlərimi bölüşməyi düşünürəm.
Negative Space
Spoiler vermədən Negative space animasiyası haqqında qısa olaraq onu deyə bilərəm ki, bu qısa metrajlı filmdə balaca və şirin baş qəhrəmanın atası ilə münasibətindən bəhs edilir. Uşaq və valideyn münasibətləri bir çox ölkələrdə aktual mövzuların başında gəlir.
Bu animasiyada da elə məhz bu mövzu ön plandadır. Atası ilə kifayət qədər zaman keçirməyən və yalnız onun səyahət çantalarını yığan qəhrəmanın həyatına şahid oluruq. Hər zaman baxdığım hər bir filmdə və ya animasiyada onun mənə nə öyrətməsinə önəm verirəm. "Negative space" həm emosional, həm də öyrədici olduğu üçün, bu animasiyanın bitiş anında bir neçə dəqiqə əllərinizi başınızın arxasına qoyub tavana baxaraq öz iç dünyanızla baş-başa qalıb filmin sizə hiss etdirdiklərini düşünəcəyinizə əminəm. Animasiyanın bitdiyi “Look at all that wasted space!” cümləsi məni bir neçə gün düşündürdü və beynimdən çıxmadı.
İndidən sizə xoş seyirlər arzulayıram və izlədikdən sonra filmin sizdə oyatdığı fikirləri mənimlə bölüşsəniz, düşüncələrinizi oxumaq mənə də xoş olardı.
“Negative Space” Animasiyası
0 Şərh
Kino və animasiya sevərlərin bəyənəcəyinə ümid etdiyim yeni məqaləm ilə bütün oxuyucuları salamlayıram. Qısa metrajlı və ya uzun metrajlı animasiya filmlərinə sevgimin sonsuzluğunu nəzərə alaraq, bu gün sizlərlə çox sevdiyim qısa metrajlı animasiya olan “Negative Space” haqqında fikirlərimi bölüşəcəyəm.
Məqalənin adının neqativlə başladığına baxmayın. Əksinə olaraq çox müsbət enerjili animasiya olması ilə yanaşı, bir çox hissləri, emosiyaları eyni anda bizə yaşadan dərin mənalı qısa metrajlı animasiyadır.
Animasiya filmlərinə sevgim
Əvvəldə qeyd etdiyim kimi, animasiya filmlərinə, xüsusən də PixarLaika studiolarının istehsalı olan filmlərə olan sevgim sonsuzdur. Düşünürəm ki, bu tip filmlər sevimli qəhramanlar vasitəsi ilə (məsələn, Inside Out-da baş qəhrəman olan Riley, Toy Story-də Woody, Coco-da Miguel və s.) çox pozitiv şəkildə insanlıq aləminə gözəl mesajlar verməyi bacarır.
Stop motion formatlı animasiya filmləri isə mənim ruhuma bir az daha çox xitab edir. Bu formatlı animasiya studiosu olan Laika bu cəhətdən mənim bir nömrəli favorimdir.
Stop Motion nədir?
Stop motion animasiyalarında qəhrəmanlar adətən plastilin və s. materiallardan hazırlanan 3D formalı film qəhramanlarından ibarət olur və bu növ filmlərin istehsalı digər növ animasiyalar ilə müqayisədə daha çox zəhmət tələb edir. Onların ərsəyə gəlməsi illər aparır.
Paranorman animasiyasında baş personajın fərqli emosiyaları
Bu barədə yaxın gələcəkdə daha ətraflı məqalə yazmağı və sevdiyim stop motion animasiyalar haqqında fikirlərimi bölüşməyi düşünürəm.
Negative Space
Spoiler vermədən Negative space animasiyası haqqında qısa olaraq onu deyə bilərəm ki, bu qısa metrajlı filmdə balaca və şirin baş qəhrəmanın atası ilə münasibətindən bəhs edilir. Uşaq və valideyn münasibətləri bir çox ölkələrdə aktual mövzuların başında gəlir.
Bu animasiyada da elə məhz bu mövzu ön plandadır. Atası ilə kifayət qədər zaman keçirməyən və yalnız onun səyahət çantalarını yığan qəhrəmanın həyatına şahid oluruq. Hər zaman baxdığım hər bir filmdə və ya animasiyada onun mənə nə öyrətməsinə önəm verirəm. “Negative space” həm emosional, həm də öyrədici olduğu üçün, bu animasiyanın bitiş anında bir neçə dəqiqə əllərinizi başınızın arxasına qoyub tavana baxaraq öz iç dünyanızla baş-başa qalıb filmin sizə hiss etdirdiklərini düşünəcəyinizə əminəm. Animasiyanın bitdiyi “Look at all that wasted space!” cümləsi məni bir neçə gün düşündürdü və beynimdən çıxmadı.
İndidən sizə xoş seyirlər arzulayıram və izlədikdən sonra filmin sizdə oyatdığı fikirləri mənimlə bölüşsəniz, düşüncələrinizi oxumaq mənə də xoş olardı.
Əvvəlki Post
Leaping Bunny və Cruelty Free
Sonrakı Post
Excuse me, I love you – Ariana Grande
0 Şərh
Şərh Bildirin