15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Memarlıqda Portal termini.

0 Şərh

Nəhayət uzun zaman sonra, memarlıq yazılarına başlaya bildim. Vaxt tapdıqca memarlıq terminləri və memarlığa aid olan maraqlı məlumatları sizinlə də bölüşəcəm. İlk olaraq “portal” termini ilə başlamaq istədim.

Günümüzdə və səyahətlər zamanı dəfələrlə gördüyümüz, qarşısında şəkil çəkdirdiyimiz, lakin adlarını bilmədiyimiz bu terminlər haqqında niyə də məlumatımız olmasın.

Portal nədir?

Portal İtalyancadan “porta” qapı olaraq tərcümə olunur və memari tikilinin böyük, əsas və görkəmli qapısı olaraq bilinir. Portallar girişi daha da vurğulamaq-abartmaq məqsədi ilə istifadə olunur və onlara əksərən dini tikililərin (məscid, kilsə, bazilika, katedral, monastır) girişində rast gəlmək mümkündür.

Qotik üslublu dini tikililərdə portalların zəngin nümunələrini görə bilərsiniz.

Girişdə əksərən metal, taxta qapı və ya qala qapıları (dəmir barmaqlıqlar) formasında olan qapılar istifadə olunur. Bununla yanaşı elə portallar da var ki, qapısız, boşluq olaraq istifadə olunur. Bu tip portallara yaşayış binalarında da rast gəlmək mümkündür.

Lvivda yaşayış binasında portal

Portal dekorasiyası üçün bir çox alternativlər var:

  • Sütünlar, atlantlar, kariatidlər
  • Müxtəlif formada heykəl fiqurları
  • Mozaika
  • Barelyef
  • Karnizlər
  • Fronton
  • Tipanium
  • Kəmər daşları

Yuxarıdakı şəkildə dekor olaraq sütun üzərində kariatid kronşteynlərdən, orta hissədə daş oyma sütündan (column carving) və şir başından istifadə olunub. Burada balkonun yükünü hər iki tərəfdən simmetrik olaraq kronşteynlər, sütunlar və orta hissədən isə oyma daş daşıyır. Yekun olaraq girişin kənarı işləmə kant ilə bitir.

Ümumiyyətlə kilsə və digər dini tikililərin portal dizaynında geniş istifadə olunan dekorativ elementlərin ana qaynağı “Roma” və qədim “Rus” memarlığı olaraq bilinir.

Ümid edirəm memarlıq məqalələri, gələcəkdə bu sahə üzrə təhsil alacaq tələbələr və ümumiyyətlə memarlıq sevən oxuyucular üçün maraqlı və faydalı olacaq.

 

Əvvəlki Post
Blue Hole, Dahab
Sonrakı Post
Təyyarədə nəzakət qaydaları.
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin