15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Global Startup Weekend Women 2018

0 Şərh

“Startup” sözü ilə ilk tanışlığım 2013-cü ildə oldu. Doğma bir insanla İstanbul “Startup Weekend”-ə qatılmışdıq. Daha doğrusu o qatılmışdı, mən isə ona həm dəstək olurdum, həm də bu işlərin necə getdiyini müşahidə edirdim. Orda qazandığım bəzi təcrübələr Fevral ayının 9-11 aralığında Azərbaycanda keçirilən “Global Startup Weekend Women” yarışında (necə deyərlər) imdadıma çatdı. Bu yarışın digər startup müsabiqə və tədbirlərindən fərqi o idi ki, yarış ancaq xanımlar arasında baş tutacaqdı. Yaxşı, bəs nədir bu Startup?!

Startup nədir?

“Startup” termininin vətəni Amerika olsa da, hal-hazırda bu termin dünyanın hər bucağına kök salıb! Silicon Valley və Sinqapur kimi texnologiya mərkəzlərində əksər insanlar öz Starup-nı qurur.

Kimisinə görə bu terminin açıqlaması “the beginning of eternity”, kimisinə görə isə “işçi sayı 100 nəfərdən az olan texnologiya şirkəti”-dir, amma Steve Blank-a görə bu termin “təkrarlana və asanlıqla böyüdülə bilən biznes model axtarışında olan şirkət” mənasına gəlir. Bu arada Steve Blank entreprenyor, mentor və Lean Startup axınının əsasını qoyanlardandır.

Startup Weekend və şərtləri

“Startup Weekend” hər il dünyanın 150 fərqli ölkəsində keçirilən və təxminən 200-250 min entreprenyorun qatıldığı qlobal tədbirdir. Müxtəlif ideya sahiblərinin toplandığı bu tədbirdə, məqsəd həftə sonu ərzində (təxminən 54 saat) öz ideyalarının prototipini quraraq yarışmaqdır.

Qatıldığım tədbirin formatını nəzərə alaraq, bunu deyə bilərəm ki, günlər üzrə bölgü belə idi:

 1-ci gün

1. Coffee Break və Networking

Bu tip tədbir/müsabiqələrdə networking imkanından mümkün olduğunca yararlanmaq lazımdır.

2. 60 saniyəlik Pitch

Tədbirdə 31 xanım iştirakçı var idi. Hər iştirakçıya 1 dəqiqə vaxt ayrılmışdı və bu 1 dəqiqə ərzində özünüzü təqdim edib, startup ideyanızı izah etməliydiniz (elevator pitch).

 

3. Layihələrin seçimi

Hər kəs startup-nı təqdim edib bitirdikdən sonra, iştrakçılar tərəfindən səs-vermə oldu və ən çox səs toplayan 10 layihə seçildi. Hər iştirakçı 3 layihəyə səs vermə haqqına sahib idi.

4. Komanda qurmaq

Qoşulmaq istədiyiniz layihəni seçdikdən sonra, komanda qurulur və sabahkı gün üçün iş bölgüsü edildikdən sonra tədbir bitir. Sabahkı gün hər kəs səhər saat 10-00 dan işləməyə başlayır.

2-ci gün

1. Speakerlərin çıxısı

Speakerlərdən layihəni düzgün necə maliyyələşdirməli, niche marketin nə olduğunu, düzgün biznes modelin hazırlanması və biznesə aid digər dəyərli məlumatlar əldə etdik! Bu hissədə ekstra həssas olun və qeydlərinizi aparmağı unutmayın.

 

2. İşləməyə start

Bizim komandamız tədbirdə “Give me a soul” layihəsi ilə iştirak edirdi. Vaxt limitlidir və komandalar 54 saat ərzində məhsul prototipi ərsəyə gətirməlidir. Layihənin gedişatında bir çox çətinliklərlə qarşılaşsaq da, əminliklə deyə bilərəm ki, bu tədbirdən qazandığım biliklər o çətinlikləri mənə unutdurdu!


3-cü gün

1. Jüri qarşısında Təqdimat

54 saatın yekununda, hər komanda hazırladığı layihəni jüri qarşısında təqdim etməlidir. Lakin bir əmma var: Vaxt limitlidir! 3 dəqiqə ərzində layihə təqdim olunmalıdır. Pitchinizi bitirdikdən sonra 5 dəqiqə jürilərin rəyinə ayrılır.

2. Qalibin elanı

Jürilər tədbir keçirilən otağı tərk etdi və 20 dəqiqə sonra, verilmiş qərarlarla geri gəldilər…

Mentorlar, Spikerlər və Jürilər

Tədbirin üstünlüklərindən biri 54 saat ərzində mentorların və spikerlərin iştrakçılara verdiyi dəyərli məlumatlardır. Mentorlar da spikerlərdə biznes dünyasında öz sözünü demiş xanımlardır.

Mentorlar bir-bir hər komandaya yaxınlaşaraq qurduqları starup-ın düzgün yolda irəliləməsi üçün hansı nüanslarda daha diqqətli olmasını, layihənin qazanc mənbəyinin necə olacağını və daha bir çox məsələlərdə fikirlərini bildirdilər. Təcrübə öz sözünü deyirdi! Hər bir mentorun fikri qızıl kimi dəyərli olmaqla yanaşı bizə bir çox əlavə ideya da qazandırdı!

Qısa da olsa, hər biri ilə əlaqədar məlumat qeyd etmədən keçmək olmaz deyə düşünürəm:

Spikerlər

Sabina Mirzayeva-Atayeva

Co-Founder LuxOut

Tatyana Mikayilova

Managing Partner, Red Communications, Chair at 100 Business Woman of Azerbaijan

Canan Piskin

Business Coach

Mentorlar

Gulnara Tahirova-Akperova   

Marketing Director, Pullman Hotel Baku

Ramina Murshudova 

Education Specialist, US Embassy Azerbaijan

Sabina Afrasiyab Mammadli

Partner at Buroka Tech

Tatyana Mikayilova

Managing Partner, RED Communications

Fidan Azimli

Business Coach, ALPHA Coaching & Consulting

Jüri

Nərgiz Nəsrullayeva Müdüroğlu

SOFAZ

Caroline Savage

Amerika Səfirliyi Public Affairs Officer, US Embassy in Azerbaijan

Tatyana Mikayılova

RED Communications

Aliyə Əzimova

İFC (İnternational Finance Corporation) Azərbaycan

 

Nəticə

Bizim komanda bu ilki Startupda yer tuta bilməsə də, bu bizim üçün mükəmməl təcrübə idi. Global Startup Weekend tədbirinin qalibi “Talent Port” layihəsi oldu. İdeyanın məqsədi insanlara qısa müddətli və etibarlı işçi tapmağa yardım edən platforma qurmaqdır. Qalib olan komandadan bir iştirakçı Martın 7-si Parisdə keçiriləcək olan, “Global Startup Weekend Women” tədbirinin final mərhələsində iştirak etmə haqqı qazandı.

P.S. Startup Weekend Women tədbiri ilk dəfə 2017-ci ildə Parisdə keçirilsə də bu il 30-dan artıq ölkəni əhatə edərək qlobal tədbirə çevrilib.

Ümid edirəm ki, bu məqalə sizlər üçün faydalı oldu və belə tədbirlərdə iştirak etməyi özünə kompleks edən xanımlar və qızların cəsarətlənməsinə kömək edəcək.

Əvvəlki Post
Kelebeğin hayat sırları – Nil Karaibrahimgil
Sonrakı Post
Bloqum 2 yaşında
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin