15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Everyday Life – Coldplay

0 Şərh

Düz 1 il sonra musiqi başlığı altında məqalə yazmaq üçün səbirsizlənirəm, çünki musiqisevərlər üçün əla bir xəbərim var.

Coldplay sevərlər (özüm də başda olmaqla), gözünüz aydın olsun, çünki Coldplay möhtəşəm albomu Everyday Life ilə 2019-cu ilin son aylarında ilə damğasını vurmağı bacardı!

Albom haqqında

Noyabr ayının 1-i Chris Martin-in Youtube-dan yaradıcı və qeyri-adi yanaşdığı “media” görüş videosu ilə Noyabr ayının 22-sində İordaniyanın Amman şəhərində albomlarını Youtube üzərindən canlı bağlantı ilə təqdim edəcəyini elan etdi. Bu məlumatdan sonra həyacanım daha da artdı və səbirsizliklə albomun təqdim olunacağı günü gözləməyə başladım.

Bəhs etdiyim media görüş 😀

Açıqlama mənim üçün həyəcan verici olmaqla yanaşı həm də yenilik idi, çünki bu günə qədər sevdiyim ifaçılar, qruplar tərəfindən belə kreativ təqdimat görməmişdim. Maraqlı məqamlardan biri də o idi ki, qrup təqdimatı iki hissəli edəcəkdi:

  1. Birinci hissə “Sunrise” başlığı altında səhər saat 4-də
  2. İkinci hissə isə “Sunset” adıyla günorta saat 2-də

Həyacanlı gözləmə anı

22 Noyabr nəhayət Youtube üzərindən premyeraya sayılı dəqiqələr qala ekranın qarşısına əyləşib sevinc qarışıq həyəcanla 10 dəqiqənin bitməsini gözləməyə başladım.

Və budur Chris bütün dünyadan onu Youtube üzərindən canlı izləyənləri salamlayır və albomun İordaniyadan möhtəşəm təqdimatına başlanılır. SunriseSunset başlıqlı iki hissəli canlı konserti Youtubedan izləyərkən bir çox hissləri eyni anda yaşamaq və bu cür musiqilərlə ruhumu dincəltdiyim üçün o qədər minnətdar idim ki.

Niyə məhz İordaniyanın paytaxtı Amman şəhəri?

Bu sualı mən də bir neçə gün öncə özümdən soruşmuşdum, çünki Amman şəhəri ilk baxışdan mənə çox tozlu və cansız şəhər kimi görünsə də, albomda olan mahnılar və onların mənə yaşatdığı hisslər, duyğulardan sonra (şərq motivli Church) düşündüm ki, albom üçün bundan gözəl şəhər seçilə bilməzdi. Kontrastlar şəhəri, özünəməxsus çalarları, terras qururluşlu şəhər, damlara toplaşan gənclərin müəyyən məsafədən qrupa qulaq asması aləm idi! O hissləri sizə heç cür ötürə bilməyəcəm, ona görə də 100 eşitməkdənsə 1 görmək yaxşıdır.

Yekun olaraq albomun məndə yaşatdığı başqa bir duyğunu da sizinlə paylaşmaq istəyirəm. Konserti izləyərkən hiss etdiyim o idi ki, qrup yeni mahnıları ilə bütün dünyaya əslində çox dərin mesaj verir. Əsas odur ki, bunu hiss edəsən.

Skripkada ifa edən başı bağlı qadın, back vocalda ifa edən qara dərililərin, church musiqisini birlikdə ifa etdiyi İordaniyalı ifaçı ilə “Musiqi dinə, dilə, irqə baxmayaraq, insanları bir araya toplayan ən gözəl vasitədir” deməyi bir daha bacardılar!

Albomun son mahnısı olan “Everyday Life” bitir, Chris onu bütün dünyadan canlı izləyənlərə dərin minnətdarlığını bildirir və bir gün hansısa ölkədə görüşmək diləyi ilə izləyicilərlə sağollaşır. Son 6-7 dəqiqəlik hissə ilə şəhərin dronla çəkiliş panoramasına baxaraq öz hisslərim ilə baş-başa qalıb, dərin hisslərə boğularaq “Coldplay, möhtəşəmsiniz!” deyirəm.

❤
https://music.yandex.ru/album/9236912?lang=en
Əvvəlki Post
Lvov – Əhali, Dil, Təbiət
Sonrakı Post
Şengen Viza – Çexiya
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin