15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0
Kino və Kitab
2020 – ci ilə damğa vuran seriallar
0 Şərh
2020-ci ili artıq geridə qoyaraq, həyatımıza yeni, 2021 rəqəmi ilə davam edərkən: “2020-ci ildə izlədiyim və çox sevdiyim bir neçə serial haqqında yazmaq, heç də pis fikir olmaz” deyə düşündüm. P.S. İçiniz rahat olsun, çünki yenə spoilersiz bir məqalə olacaq. 2020-ci il, musiqi və film tərəfdən mənim üçün çox uğur dolu bir il oldu. Pandemiya...Davamı
Paranorman animasiyasında baş personajın fərqli emosiyaları
Bu barədə yaxın gələcəkdə daha ətraflı məqalə yazmağı və sevdiyim stop motion animasiyalar haqqında fikirlərimi bölüşməyi düşünürəm.
Negative Space
Spoiler vermədən Negative space animasiyası haqqında qısa olaraq onu deyə bilərəm ki, bu qısa metrajlı filmdə balaca və şirin baş qəhrəmanın atası ilə münasibətindən bəhs edilir. Uşaq və valideyn münasibətləri bir çox ölkələrdə aktual mövzuların başında gəlir.
Bu animasiyada da elə məhz bu mövzu ön plandadır. Atası ilə kifayət qədər zaman keçirməyən və yalnız onun səyahət çantalarını yığan qəhrəmanın həyatına şahid oluruq. Hər zaman baxdığım hər bir filmdə və ya animasiyada onun mənə nə öyrətməsinə önəm verirəm. "Negative space" həm emosional, həm də öyrədici olduğu üçün, bu animasiyanın bitiş anında bir neçə dəqiqə əllərinizi başınızın arxasına qoyub tavana baxaraq öz iç dünyanızla baş-başa qalıb filmin sizə hiss etdirdiklərini düşünəcəyinizə əminəm. Animasiyanın bitdiyi “Look at all that wasted space!” cümləsi məni bir neçə gün düşündürdü və beynimdən çıxmadı.
İndidən sizə xoş seyirlər arzulayıram və izlədikdən sonra filmin sizdə oyatdığı fikirləri mənimlə bölüşsəniz, düşüncələrinizi oxumaq mənə də xoş olardı.
“Negative Space” Animasiyası
0 Şərh
Kino və animasiya sevərlərin bəyənəcəyinə ümid etdiyim yeni məqaləm ilə bütün oxuyucuları salamlayıram. Qısa metrajlı və ya uzun metrajlı animasiya filmlərinə sevgimin sonsuzluğunu nəzərə alaraq, bu gün sizlərlə çox sevdiyim qısa metrajlı animasiya olan “Negative Space” haqqında fikirlərimi bölüşəcəyəm. Məqalənin adının neqativlə başladığına baxmayın. Əksinə olaraq çox müsbət enerjili animasiya olması ilə yanaşı, bir çox...Davamı
Milan Kundera
0 Şərh
Varlığın dözülməz yüngüllüyü 2020-ci ilin Yanvar ayında bitirdiyim kitablardan biri Çex yazıçı Milan Kunderanın qələmə aldığı “Varlığın Dözülməz Yüngüllüyü” əsəri oldu. Bu əsər, Kunderadan oxuduğum ilk əsər idi və əminəm ki, son olmayacaq. Çünki yazı tərziylə yanaşı, fikirlərini və bu fikirləri oxuculara ötürmə tərzini də çox sevdiyim yazıçı oldu.Davamı
The True Cost
0 Şərh
Uzun zamandır filmlərdən yazmırdım. Yazmaq istədiyim mövzuların uzun siyahısına, redaktə etməm (son toxunuşlar) üçün öz növbəsini gözləyən məqalələri görəndə, niyə yaza bilmədiyimi anladım. Təbii ki, qeyd etdiyim nüanslar bəzi çətinliklər yaratmaqla yanaşı, həm də bütün bu səbəblərdən qaynaqlanan fikir qarışıqları da yazmağıma ciddi şəkildə mane olur. Lakin bütün bu çətinliklərə rəğmən bu gün nəhayət ki…Davamı
Göydən 3 kitab düşdü: Heyvanıstan
0 Şərh
Uzun zamandır bloq üçün kompyuterin qarşısına keçmək həvəsim yox idi. Son paylaşdığım məqalənin tarixinə baxanda (Sentyabr 2018) yazmaq üçün darıxdığımı hiss etdim. Hərçənd, əlimdə müzakirə etmək istədiyim mövzuların uzun bir siyahısı var, amma bəzən bu belə mənə kömək olmur. Bu gün nəhayət ilham pərilərim çiynimə toxunub, “Bəlkə yazasan?!” dedi və vaxt itirmədən musiqi playlistimə start…Davamı
Kelebeğin hayat sırları – Nil Karaibrahimgil
0 Şərh
Hər kəsə salam! Yeni ildir, odur budur deyərkən məqalə yazmağı bir az gecikdirdim. İlk öncə yeni 2018-ci il münasibəti ilə hamımızı təbrik edirəm, bu il də sağlamlıq və bol uğurun bizimlə olmasını hamımıza diləyirəm! Bu arada, bloqumu tək qoymayan hər kəsə təşəkkür edirəm. Hər zaman burda olun, mən də bildiklərimi sizinlə sevə sevə paylaşım. Bu…Davamı
Kitabla dost olmaq
0 Şərh
8 aylıq aradan sonra yenidən yazmağa qərar verdim. Super bir ertələyici olmağıma baxmayaraq, bu dəfə bu vərdişimə sadiq qalmaq istəmədim və yazmaq üçün uyğun vaxtın tam da indi olduğuna qərar verib başladım yazmağa.Məqsədim, əgər bu aralar sizin də əvvəl məndə olduğu kimi kitablara qarşı marağınız soyuyubsa, o soyuyan marağınızı yeniden alovlandırmaqdır.Davamı