15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0
Mrs. Chef

Sia – Everyday is Christmas

2 Şərh
Salam, mən gəldim. Bu gün sizinlə artıq 1 həftədir aşiq olduğum Sia-nın yeni albomu olan “Everyday is Christmas” haqqında danışmaq istəyirəm. Albomun adını bir az “Dəli üçün hər gün bayramdır” deyimimizə bənzətmədim desəm yalan olar. 😀 Sia ilə ilk tanışlığım “Dove şokoladı” üçün çəkilmiş reklamda səsləndirdiyi mahnı sayəsində olub.Davamı

Sharm El-Sheikh

2 Şərh
Yazıya başlamadan öncə, ərəblər haqqında olan mənfi düşüncələrinizi bir kənara atmanızı və “Misir tamamilə səhradan ibarətdir, orada da dincəlmək olar?” kimi önyargılarınızdan yaxa qurtarmanızı, məqalənin dadını çıxarmanızı xahiş edəcəm. Əvvəlcədən təşəkkürlər. Yeni məqaləmi oxumağa xoş gəldiniz. Ümid edirəm ki, indi oxuyacağınız “Sharm El Sheikh” məqaləmdə sizlər üçün faydalı məlumatlar verə bilmişəm.Davamı

Kitabla dost olmaq

0 Şərh
8 aylıq aradan sonra yenidən yazmağa qərar verdim. Super bir ertələyici olmağıma baxmayaraq, bu dəfə bu vərdişimə sadiq qalmaq istəmədim və yazmaq üçün uyğun vaxtın tam da indi olduğuna qərar verib başladım yazmağa.Məqsədim, əgər bu aralar sizin də əvvəl məndə olduğu kimi kitablara qarşı marağınız soyuyubsa, o soyuyan marağınızı yeniden alovlandırmaqdır.Davamı

American Breakfast Pancakes

0 Şərh
Bu dəfə sizlərlə həftə sonu qəhvəaltısının olmazsa-olmazlarından birinə çevrilən, öz yumuşaq tərkibi və çox ləzzətli dadı ilə, ən əsası  da ki, ev şəraitində rahat hazırlaya biləcəyiniz Pancake reseptini paylaşacam. Bilirəm, əksər hallarda həftə sonları tənbəllik edib gec qalxmaq istəyirik. Bəlkə bu həftə sonu dəyişiklik edək nə deyirsiniz? Yuxudan tez oyanıb  ailə üzvlərinizə kiçik həftə sonu sürprizi edə…Davamı

İlk resept – S’mores dip

0 Şərh
Nəhayət ki uzun zamandır yazmaq istədiyim, amma tənbəllikdən başlaya bilmədiyim bloqun ilk paylaşımını etməyə qərar verdim. Qeyd edim ki, burada maraqlı yeməklər, şirniyyatlar, isti və soyuq içkilər, mətbəxlə bağlı digər bildiklərimi sizlərlə bölüşəcəm. Əgər siz də qeyri-adi və ləziz təamlar, hazırladığınızın xaricində yeni eksperimentlər etməyə hazırsınızsa; mətbəxinizdən baş döndürücü ətirlər gəlməsini, doğmalarınızı hazırladığınız bu ləziz təamlarla təəccübləndirmək istəyirsinizsə, o…Davamı