Ariana Grande, The Weeknd və Justin Bieber
Musiqi bölməsində son dəfə The Weeknd-in “After Hours” albomu və Ariana Grande-nin Netflix ilə birlikdə hazırladığı “Excuse me, I love you” sənədli filmi haqqında danışmışdıq.
Bu iki məqalə haqqında daha geniş məlumat əldə etmək üçün;
Son zamanlar musiqi sahəsində bir çox uğurlu işləri görmək, çətin həyat tərzimizə çox müsbət təsir edir deyə düşünürəm.
Musiqi hər zaman insanı sağaltmağı və müsbətə kökləməyi bacarır.
Bir də, ötən məqalədə global musiqi tədbirlərinin necə möhtəşəm bir vasitə olduğundan və insanlığı dindən, dildən, irqdən asılı olmayaraq eyni dam altında toplamasından yazmışdım.
Son aylarda da və hətta deyərdim ki, 2021-ci ilin başlanğıcından musiqi ilə bağlı yenidən çox gözəl yeniliklər var və düşündüm ki, niyə də bu xəbərləri sizinlə də paylaşmayım?!
Sevdiyimiz kliplər Youtube-dan silinsə…
Youtube – da sevdiyim o qədər saysız – hesabsız kliplər var ki, bəzən, “Bu kliplər Youtubedan silinə bilərmi”? deyə narahatlıq keçirirəm.
Bu günə qədər sevdiyim hər hansı bir klipin Youtube-dan silindiyini görməsəm də, bəzən olub ki, yenidən Youtube-da axtardığım bir videonun sonradan silindiyinin canlı şahidi olmuşam.
Məhz belə narahatlıqdandır ki, bəzən uşaqlıq illərimizdə etdiyimiz kimi bizə maraqlı gələn klipləri record etmək istəyirəm.
90lar mahnıları və klipləri kasetlərə yazmağın nə olduğunu yaxşı bilir. 😀
Son aylarda musiqi dünyasında o qədər maraqlı çıxışlar var ki;
- Camila Cabello – Don’t Go Yet
- Dua Lipa ft Pop Smoke – Demeanor
- FINNEAS – A Concert Six Months From Now və s.
Bu gün isə mən sadəcə 3 nəfərdən, Ariana Grande, The Weeknd və Justin Bieber-dan yazacam.
- The Weeknd və Arinin canlı “Save your tears” performansı,
- Arianın – Vevo Official Live Performance-ları
- Justinin – “Live From Paris” rooftop konserti
və digər bonus yeniliklər haqqında da oxumaq üçün bir fincan sərin içəcək hazırlayıb, məqaləni oxumağa başlaya bilərsiniz.
Çay və isti kofe içməyi sevənlər isə havanın temperaturundan asılı olmayaraq, öz çay sevgisinə sadiq qalacaq və çöldə 50 dərəcə isti olsa belə, isti içkilərdən imtina etməyəcək. Məsələn mənim kimi. ☕︎
İsti xəbər
Bu arada qeyd edim ki, mən bu məqaləni yazmağa başlayarkən, dünən yəni August 6, 2021 tarixində, The Weeknd yeni mahnısı olan “Take My Breath” yayımladı və klip 1 günə 7 milyon izləmə əldə etdi.
The Weeknd deyəsən yeni rekord əldə etmək üzrədir və bu gün 9 Avqust tarixində “Take my breath” mahnısı trend 5dədir və 3 gün öncə çıxmasına baxmayaraq, artıq 13 milyon izlənmə əldə edib.
Nəzərə alsaq ki, 1 həftə öncə Beyonce-un da 2 yeni klipi çıxdı və bunlardan biri də OTHERSİDE-dır, bu mahnı isə 1 həftə ərzində sadəcə 2.7 milyon izlənmə əldə edib…
Beyonce – Otherside klipi haqqında isə sonra danışarıq.
The Weeknd ♥︎
Başlayaq The Weeknd-in yepyeni mahnısı olan “Take my breath” ilə.
Qeyd: Mən profisional şəkildə deyil, sadəcə klipləri izlədikdən sonra onların məndə oyandırdığı hisslər və yaratdığı düşüncələr haqqında şəxsi fikirlərimi yazıram.
Youtube daxil olub, Weeknd-in yeni videosunu görən zaman; “Yeeey, The Weeknddən yeni klip var” dedim və videonu play etməmək üçün özümü güclə saxladım.
Bir müddətdir ki, özümü sürətli tükətimdən həm də Youtubeda qorumağa çalışıram.
Beyonce-un Otherside klipini izləməyi 5 günə qədər ertələməyi bacarsam da, The Weeknd klipi üçün bu 2 günə yaxın oldu. Beyonce və Jay-Z nin yeni klipini isə bu günə qədər (10 Avqusta) ertələməyi bacarmışam. 😀
“After Hours” albomunda və daha sonra həm musiqi cəhətdən, həm də geyim tərzində maraqlı dəyişikliklər etməsi, izləyicini sevindirir və “Görəsən bu dəfə nə yenilik edib” deyə insan səbirsizlənir.
2020-ci ildə Maluma ilə olan Hawái mahnısı kimi.
Bu klipdə The Weeknd rəqsinə heyran qalmışam və onun rəqs etdiyi səhnələr gələndə, üzümdə qeyri-ixtiyari gülümsəmə yaranır.
“Take My Breath” haqqında isə qısaca qeyd edim ki, bu günə kimi The Weeknd-in ifasında eşitdiyim ən disco tərzdə olan mahnısı idi.
Yadınızdadırsa “After Hours” albomu dövründə onu uzun bir il boyunca qırmızı pencəkdə gördük.
İndi isə yeni stilində, onu daha çox qara geyimlərdə və uzun qara üst geyimində görməyə başlamışıq. Deyəsən bir müddət onu bu tərzdə görəcəyik.
Klipi qoşdum və bang. The Weeknd yenidən özünə laiq maraqlı bir klip və sehirli səsi ilə qarşımızdadır.
Take My Breath” klipində rənglərdən çox istifadə olunmasa da, əsasən ağ/qara bəzən isə mavi tonlar üstünlük təşkil etsə də, ümumilikdə klip çox əla alınıb.
Weeknd-in yaxından çəkilən görüntüləri, rəqsləri xüsusən də başı ilə etdiyi hərəkətlər isə klipə xüsusi bir dad qatıb.
Klipin starı The Weeknd və onun cool eynəkləridir.
ОПАСНОСТЬ
Klipdə diqqətimi çəkən başqa bir məqam isə oksigen aparatının üzərində Rus dilində yazılan ОПАСНОСТЬ sözünün olması idi.
Niyə Dangerous deyil, məhz ОПАСНОСТЬ?!
Kliplərdə olan subliminal mesajlar haqqında oxumaqdan, artıq hər şeyi bir mesaj olaraq qəbul edirəm. 😀
Doja Cat & The Weeknd – You Right
The Weeknd-in yeni iş birliyindən biri də, Doja Cat ilə birlikdə ifa etdiyi “You Right” klipi idi.
Doja Cat-i yəqin ki, bir çoxumuz 2019-cu ildə çıxardığı “Say So” mahnısı ilə daha yaxşı tanıdıq və elə bu mahnıdan sonra da Doja, musiqi dünyasında partlayışlar etməyə başladı.
Doja və Weeknd-in yeni klipi olan “You Right” klipində, Weeknd-in sehirli səsini eşitmək, üzünü görmək çox gözəl hiss idi və səbirsizliklə bu duetin canlı performansını gözləyəcəm.
2021 iHeartRadio Music Awards və The Weeknd-in Male Artist qazanması
İndi isə gəldik məni sevindirən digər məqama.
İHeartRadio Music Awards 2021 də, The Weeknd-in ilin Male Artist seçilməsinə. Düşünürəm ki, Grammy-nin 2021-ci ildə müğənniyə etdiyi bütün haqsızlıqlardan sonra,
- Brit 2021 Award-da qazandığı İnternational Male Solo Artist və
- 2021 İHeartRadio Music Award-da isə aldığı – Male Artist mükafatı
müğənninin əziyyətinin bəhrəsini görməsinə az da olsa səbəb oldu.
Save Your Tears Remix
Demək bir gün Youtube-a daxil oluram və görürəm ki, Weeknd “After Hours” albomunda yer alan “Save your tears” mahnısını Ariana Grande ilə duet edib. Klip halında olmasa da videonu açıram və qulaq asdıqdan sonra hiss edirəm ki, duet yaxşı mənə görə uğurlu alınmayıb və 1-2 dəfədən artıq qulaq asa bilməyəcəm.
Elə də olur…O günə qədər ki, İHeartRadio music award da bu ikilinin canlı performanslarını görənə kimi. ❤︎
Canlı performansı izləyib bitirdikdən sonra, ingilis dilində çox gözəl bir söz var mesmerized oluram.
Səhnə rəngləri (nəzərə alsaq ki, bənövşəyi rəng ən sevdiyim rəngdir), Weeknd-in cool görüntüsü, yeni stili, Ariananın toyundan sonra ilk dəfə səhnəyə çıxması, möhtəşəm vokalı, yeni saç stili və o möhtəşəm bənövşəyi geyimi + canlı performansın gözəlliyi…
Bu performansa neçə dəfə baxdığımı artıq xatırlamıram, hətta sayını itirmişəm desəm lap doğru olar.
Onu da qeyd edim ki, bu Ari və Weeknd-in birlikdə etdiyi ilk duet deyil və hər ikisini də yaxından izləyənlər bilir ki, daha öncədən, 2014-cü ildə Ariana Grande və The Weeknd – “Love Me Harder” dueti də etmişdi.
Düşünürəm ki, bu ikilinin ifasında duet çox əla alınır.
Ariana Grande – The Vevo official live performance
2021-ci ildə də 2020-ci ildə olduğu kimi istər Covidlə bağlı, istərsə də Ekologiya cəhətdən neqativ xəbərlər eşitməyə və görməyə davam etsək də, musiqi dünyası yenə üzümüzü güldürməyi bacarır.
Planetimizdə minnətdar ola biləcəyimiz gözəl vasitələrə ən kiçik bir nümunə.
Ariananın, instagram üzərindən, “Pov” mahnısının canlı performansından bir neçə saniyə paylaşdığını görən zaman; “Wow! Yeni performans yoldadır” deyə sevindiyimi xatırlayıram…
“Pov” mahnısının canlı performansının Ariananın Youtube kanalında yayımlandığını görən zaman, tez videonu açıram və Arianaın yeni stilinə, səhnə dekoruna, akustikaya sadəcə aşiq oluram.
6 mahnıdan ibarət olan canlı perfromanslar meditasiya kimi idi.
Səhnə dizaynı, performans zamanı Ariana Grande yazısının rəngləri və şiriftləri, hər mahnıda Arinin fərqli geyimləri, işıq və digər detallar da sadəcə əla idi.
Mini virtual konsertdə Arinin ifa etdiyi mahnılar isə;
- Pov
- 34+35
- Off the table Ariana ft. The Weeknd
- My hair
- safety net Ariana ft. Dolla $ign
- Position
6 performansın hər biri, bir-birindən uğurlu və maraqlı idi. Ariananın vokalı isə yenə də öz sözünü deyirdi.
Virtual konsertin son ifası isə “Position” oldu. Burda isə Ariana yaşıl otlar arasında geyimi ilə surreal görsənirdi. Səhnə dizaynına isə ayrıca alqış düşür.
Bu arada hiss etdiyim digər məqam isə Arianın daha da olqunlaşması və bunun həm də onun səsində hiss olunması idi. Sanki səsi indi daha da çox oturuşmağa başlayır.
Ariananın yeni stili və toyu
Ariana haqqında olan məqalə yadınızda? Orda toxunduğum məqamlardan biri kaş ki, Ari stilində nəsə dəyişiklik etsə idi. Artıq uzun illərdir onu eyni stildə görürük və ən azı uzun saçlarında nəsə bir yenilik pis olmazdı deyə düşünürdüm. Dəyişiklik etməsə biz Ariananı azmı sevəcəyik?! Əsla! 😀
Ariana haqqında olan məqalədən sonra deyəsən kainat siqnalımızı ona çatdırıb və artıq uzun saçlar kəsilib + stilində də maraqlı dəyişikliklər olub.
Ariana ilə bağlı digər bir yenilik isə Celebrity realtor olan (bu birləşmə tərcümədə heç də düzgün alınmır və ingilis dilində qalsa yaxşıdır) Dalton Gomez ilə ailə həyatı qurması oldu.
Xarici portallarda yazılan məlumatlara əsasən toy Arianın öz evində və sadəcə ən yaxınları ilə (15-20 nəfər) baş tutub.
Toy fotolarını gördüyüm ilk saniyə sanki ən doğmam ailə həyatı qurmuşcasına “Awww, sooo cuteee and sweet” dediyimi xatırlayıram. Ari Fotolarda o qədər şirin və gözəl görsənir ki, bir sözlə innocent.
Gəlinlik isə təbii ki, celebrity-lərlə işləyən fashion designer, Vera Wang– a məxsus idi.
Bilməyənlər üçün qeyd edim ki, Hailey Bieber, yaxın zamanda ailə həyatı quran Gwen Stefani-nin də və bir çox digər celebrity gəlinlikləri də məhz Vera Wanga məxsusdur. Bir sözlə Vera Wang bu sahədə öz sözünü demiş insandır.
Ariana Pokemon və kəpənək tatusunu sildirib?
Arianın tatularına az da olsa agah biri olaraq deyə bilərəm ki, qolunda olan Pokemon və kəpənək tatularını toy fotolarında görməyəndə “Hmmm, Ari deyəsən bir neçə tatusunu sildirib” deyə düşündüm…
Bir neçə ildir ki, mən də minimalist tatu etmək istəsəm də və bu istək 2020-ci ildə daha da şiddətlənməyə başlasa da, hələ də qərar verə bilməmişəm.
Daha sonradan bəyənmərəm düşüncəsi, bir müddətdən sonra bezərəm kimi fikirlər və tatunun edildiyi zaman bunun sağlamlığa stress olduğunun da fərqində olmaq deyəsən az-az məni tatu fikrimdən daşındırıb. Amma kim bilir bəlkə də heç gözlənmədik bir an yeni qərarlar da verilə bilər. Axı mən qoç bürcüyəm. ♈︎
Arinin toy şəkillərində və The Weeknd-lə olan “Save Your Tears” canlı performansında da qolunda həmin tatuların (Pokemon və kəpənək) yoxluğu və bəlkə də sildirib düşüncəsi, o belə bir yerdən sonra sıxılıb və tatu sildiribsə, mən də 100 faiz sıxılaram deyib, yaxşı ki etdirməmişəm demişdim. Bu hissədə nədənsə üzümdə qeyri-ixtiyari gülümsəmə yarandı.
Daha sonra Youtubeda, Vevo live performance-larda tatuları sildirmədiyini gördüm və sadəcə bəzən bağlamaq istədiyini başa düşüb mən də və bütün Ariana sevənlər də rahatladı.
Justin Bieber – “Changes” və “Justice” albomları
Justin Bieberlə musiqi məqaləmizə davam edək.
Musiqi dünyasından Justini yaxından izləyənlər bilir ki, mental sağlamlığında və ümumi olaraq fiziki sağlamlığında da bəzi problemlər olduğu üçün bir müddətlik musiqiyə ara vermişdi.
Daha sonra, 2020-ci ilin ilk aylarında (fevral ayında) tam da Covid-19 pandemiyasının başlaması ərəfələrdə “Changes” albomu ilə musiqiyə geri döndü və albomda yer alan “Yammy” mahnısı ilə qısa bir zaman ərzində popularlığını bizlərə yenidən xatırlatdı.
2020-ci ilin yanvar ayında isə “Seasons” adlı kiçik epizodlardan ibarət olan sənədli film və “Next Chapter” adlı digər sənədli filmi də Youtube Originalda yayımladı.
Bu filmlər sayəsində, JB sevərlər də bəzi suallarına cavablarının cavabını tapdı.
Justice Albomu
2021-ci ildə isə daha bir yeni albomu olan “Justice”-i yayımlamaqla, səsini sevərlərin gözünü daha çox yolda qoymadı.
Justice albomunda yer alan “Peaches” mahnısı isə düşünürəm ki, 2021-ci ildə çoxumuzun plaslistinə əlavə olunmaqla yanaşı, instagram storilərində fon musiqisi olaraq da tez-tes istifadə edildi.
Bir sözlə əsl yay mahnısı idi.
27-ci dəfə Ellen Degeneresin qonağı oldu
Ellen-nin apardığı “The Ellen DeGeneres Show” və etdiyi zarafatları hədsiz çox sevirəm.
Məktəb illərindən (9-cu sinifdən) bu verlişə sevgim çox böyük olub və nə zaman ki, sevdiyim müğənnilərin və fanatı olduğum Beyonce-un verlişdə qonaq olduğunu görmüşəmsə; “bir gün mən də bu verlişdə qonaq olmaq istəyirəm” demişəm.
Adətən özümü virtual olaraq tamaşaçılar arasında hiss edərək, tamaşaçıların bütün həyəcanına, sevincinə şərik olmaqla yanaşı, fanatı olduğu müğənniləri verlişdə qonaq görərkən keçirdikləri həyəcana ortaq olmuşam.
“The Ellen DeGeneres Show” -un dəfələrlə qonağı olan müğənnilərdən biri də, Justin Bieber -dir.
JB-in səhnəyə atdığı ilk addımlardan etibarən dəstəkləyən, dəfələrlə verlişinə qonaq çağıran aparıcıların ən önəmlilərindən biri Ellen olub desəm yalan olmaz.
2020-ci ildə isə yenidən, 27-ci dəfə Ellen-nin qonağı olan JB aparıcını ad günü münasibəti ilə “Yummy” mahnısı ilə təbrik edir.
27-ci dəfə. Düşünə bilirsiniz?! JB demək olar ki, elə aparıcının gözü önündə böyüyüb.
Verlişdə, JB mental sağlamlığı haqqında qısa olaraq danışmaqla yanaşı 2020-ci ildə tura çıxacağını da qeyd edir.
Daha sonra Covid-19 pandemiyasından dolayı təbii ki, tur ləğv olunur.
Verlişə baxarkən, Justinin mental sağlamlığı ilə bağlı problemlərini onun baxışlarından belə hiss etmək və bədən dilindən belə bunu görmək məni çox təsirləndirmişdi. Çünki onunla aramızda sadəcə 2 yaş fərq var və demək olar ki, eyni zamanda böyümüşük.
Mən uşaqlıq illərimin dadını çıxararkən, o, kiçik yaşında (13-14 yaşda) dünya turlarına çıxırdı.
P.S. 90lar Justinin ifasında olan “Baby” mahnısını yaxşı xatırlayar.
Bir məqam da var ki, ilk dəfə Scooter Braun tərəfindən kəşf olunan JB ilk günlərdən etibarən böyük bir fan ordusuna sahib olub. Elə bir fan ordusu ki, özünü çox da düzgün idarə edə bilməyi bacarmayan və müğənnini harda görsələr üzərinə qışqıra-qışqıra, qaça-qaça hücum edən fanlar…
Bu bilirsiniz nə deməkdir?! Çöldə insan kimi rahat həyatına davam edə bilməmək. Bir növ müğənninin azadlığının əlindən alınması…
Justin Bieber AVM məsələsi
Bir dəfə JB ilə bağlı Youtube da qarşıma maraqlı bir video çıxmışdı.
Video, fanat və ya adi vətəndaş tərəfindən qeyri-professional şəkildə çəkilib. Bəlkə də axtarış edib videonu rahat tapa bilərsiniz.
Videoda gördüyüm o idi ki, Justin AVM-dədir və təxmin edin nə olur?!
Bəli, düz təxmin etsiniz. Qızlar qışqıra-qışqıra ona tərəf qaçır və narahatlıq verir.
Bir qız yaxınlaşır və deyir ki, “Can I hug you?” və Justin çox normal və etik tərzdə “NO” deyir. Bunu eşidən qız və dostları elə qəribə bir üz edir ki, şəxsən mən videoya baxan zaman bu qıza və ətrafında olan insanlara çox qıcıq oldum.
Yəni insanlar başa düşmür ki, Justin də onlar kimi adi bir insandır və AVM-yə sadəcə normal insanlar kimi o da alış-veriş etməyə gəlib. Yəni bu nə bir fanat görüşü, nə də kulis deyil. Bu bir insanın gündəlik həyatına davam edərək, alış-verişə getdiyi adi bir gündür.
Digər bir məqam isə heç düşünmürlər ki, bəlkə o an insanın heç əhvalı olmayıb və yox deyib.
O da bizlər kimi bir insandır. Yumuşaq oyuncaq ayı deyil ki, nə zaman istəsəniz qucaqlayasınız. 😀
Vanqalıq etdim düz çıxdı
Bir neçə il öncə; “Justin bir gün çox böyük mental problemlər yaşayacaq” demişdim.
Səbəb isə 13-14 yaşlarından başlayan musiqi həyatı, dünya turları, fan ordusunun hədsiz maraq darəsində olmaq, daha sonradan yol hərəkətlərində avtomobil ilə etdiyi ciddi qayda pozuntuları və buna görə polis bölmələrində yaşadığı çətin problemlər və daha nələr, nələr idi…
Və o zamanlar mən bütün bunlar ilə yaxından maraqlanırdım və bəzən indi belə maraqlanıram.
Üzülərək qeyd etməliyəm ki, Vanqalığım düz çıxdı.
Əslində bunu təxmin etmək heç də çətin deyildi. Çünki kiçik yaşlardan başlayan uğurlar, qazanılan böyük məbləğlər və həmin məbləğlər sayəsində istənilən hər bir şeyə çox tez nail olmaq, daim yeni mahnılar, videolar ərsəyə gətirmək, saysız-hesabsız dünya turları… Bir sözlə kiçik yaşlardan əldə edilən şöhrəti qaldıra bilmək və mental olaraq sağlam qala bilmək heyif ki, hər kəsin bacara biləcəyi bir şey deyil.
Bu bizim düşündüyümüzdən də çətin bir vəziyyətdi. Biz isə hər zaman aysberqin sadəcə üst tərəfini görürük.
Bir müddət musiqi dünyasından uzaqlaşması düşünürəm ki, onun üçün sağlam qərar idi.
Mental sağlamlığı ilə bağlı yaşadığı problemlər çox üzücü haldır və bunun nə qədər ağır bir proses olduğunu əla başa düşürəm…
Ümid edirəm ki, tez bir zamanda mental və fiziki olaraq yaşadığı problemlərdən azad olacaq.
Justin Bieber live from Paris
Rooftop konsert
Justinin Parisdən olan canlı performansı haqqında isə qısa olaraq onu qeyd edə bilərəm ki, öz canlı ifası ilə onu sevərləri sevindirməklə yanaşı, virtual da olsa bizləri Parisə apardı.
Qeyd etməliyəm ki, Rooftop konsertləri çox sevirəm və belə konsertlərdən birini də məhz “Coldplay” etmişdi.
İordaniyadan canlı bağlanaraq, 2 hissədən ibarət “Sunrise” və “Sunset” konsertlərini xatırlayırsınızmı?!
Xatırlayırsınızsa bu haqda məqalə də yazmışdım. http://narskitchen.com/everyday-life-coldplay/
JB-də Parisdən etdiyi Rooftop konserti maraqlı alınmışdı və bu dəfə isə biz Parisin həm günəşli, həm də gecə görüntüsünü izlədik.
Bonus
Rooftop konsertlərinə başqa bir nümunə isə İstanbulun panoramik görüntüsündə İnnanın çıxışıdır. Yəqin ki, bu ifanı da çoxlarınız xatırlayırsınız.
Videonun 2012-ci ildə yayımlanmasına baxmayaraq, hələ də sevərək izləyirəm.
Siz necə?! Son zamanlar daha çox kimlərə qulaq asırsınız?
Sevdiyiniz maraqlı ifaları mənimlə də paylaşmağı unutmayın.
Bəlkə daha öncə eşitmədiyim və playlist-im üçün maraqlı mahnılar məsləhət verə bilərsiniz.
Xoş seyirlər və Sevgiylə qalın ♥︎