15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Karantin Playlist

0 Şərh

Hər birinizi salamlayıram. Karantində olduğumuz günlər ərzində sizi, bir az belə olsa, neqativ düşüncələrdən uzaqlaşdırmaq üçün son zamanlar ən çox qulaq asdığım 3 mahnını sizinlə paylaşmaq qərarına gəldim.

Sizi bilmirəm, amma bu pandemiya ərzində məni neqativdən xilas edən hobbilərdən biri məhz musiqidir.

Tamino – “Indigo Night”

İlk musiqi bəlkə son 7-8 aydır dinləməkdən qopa bilmədiyim Misir əsilli belçikalı ifaçı Taminoya aiddir. “Indigo Night” musiqisi Taminonun ifasında ən sevdiyim musiqisidir və bir neçə hissi eyni anda yaşadan mükəmməl ifadır.

India Carney – “Imagine”

İkinci ifa India Carney-ə məxsusdur. Bir neçə gün öncə sevdiyim Scary Pocket Youtube kanalında yayımlanan bu ifaya ara vermədən neçə dəfə qulaq asmışam artıq sayı itirmişəm.

Orijinal ifa John Lennona məxsus olsa da, India da bu musiqini mükəmməl və özünəməxsus formada ifa edib.

Lianne La Havas – “Say A Little Prayer”

Lianne La Havasın ifası ilə ilk tanışlığım Vincent Van Gogh-a həsr olunan və Don Mclean-in Vincent coverı ilə olub. Daha sonra uzun bir zaman Green and Gold, Gone və bir çox digər musiqilərinə də sevərək qulaq asmışam.

P.S. Lianne Havasın adının keçdiyi Şərab kimi musiqilər adlı digər məqaləyə də nəzər sala və digər zövq oxşayan mahnıları playlistinizə əlavə edə bilərsiniz.

Bu gün isə onun “I say a little prayer” coveri ilə sizi tanış etmək istəyirəm. Aretha Franklin-ə məxsus olan orijinal ifaya illərlə usanmadan qulaq assam da, musiqinin coveri Liannenin ifasında da çox gözəldir.

Ümid edirəm sevdiyim triodan ibarət olan məqalə bu ağır günlər ərzində az da olsa sizin kefinizi yüksək tutub mənfi xəbərlərdən qopmağa kömək olacaq.

Yeni məqalələrdə görüşənədək. İndilik isə özünüzü qoruyun və sağlam qalın.

Əvvəlki Post
The True Cost
Sonrakı Post
Qravitasiyadan zövq al
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin